Superkompüter “Kayrat”ın Çempionlar Liqasında “Real Madrid”ə qarşı şanslarını proqnozlaşdırıb

Superkompüter “Kayrat”ın Çempionlar Liqasında “Real Madrid”ə qarşı şanslarını proqnozlaşdırıb

13:23
Bəyəndim (1) Bəyənmədim (0)


“Opta Analyst” statistika portalının superkompüteri UEFA Çempionlar Liqasında Qazaxıstanın "Kayrat" və "Real Madrid" komandaları arasında keçiriləcək oyunların nəticəsini proqnozlaşdırıb.
Oxuməni.az xəbər verir ki, bu barədə “Championat.com” məlumat yayıb.
Komandalar bu gün, sentyabrın 30-da ümumi mərhələnin 2-ci turunda qarşılaşacaqlar. Qarşılaşma Mərkəzi Stadionda (Almatı, Qazaxıstan) keçiriləcək.
Mənbənin məlumatına görə, matçda ev sahiblərinin qələbəsi ehtimalı 7,9% təşkil edir. “Real Madrid”in qələbəsi isə 82,1% olaraq qiymətləndirilir. Heç-heçə ehtimalı 10% -dir.
Çempionlar Liqasının ümumi mərhələsinin ilk turunda "Real Madrid" doğma meydanda "Marsel"ə qalib gəlib (2:1). Turnirin açılış matçında "Kayrat" isə Portuqaliyada "Sportinq"ə uduzub (1:4).
Almaz Həsənli