
İspaniya ABŞ-ın İsrailə silah ötürülməsi üçün birgə bazalardan istifadəsini qadağan edib
İspaniya hakimiyyəti Rota (Kadis) və Moron de la Frontera (Sevilya) hərbi bazalarını Amerika nəqliyyat təyyarələri və İsrailə silah daşıyan gəmilər üçün bağlayıb. Bu barədə Madriddə yerləşən El Pais nəşri bu bazaları idarə edən Birgə İspan-Amerika Komitəsində məlumatlı mənbələrə istinadən məlumat yayıb. Qəzet məhdudiyyətin nə vaxt qüvvəyə mindiyi barədə məlumat verməyib.
Rota dəniz bazası və Moron de la Frontera hava bazası İspaniya və ABŞ tərəfindən birgə istifadə olunur. Bununla belə, qəzetin mənbəsi qeyd edib ki, İspaniya bu bazalar üzərində suverenliyə malikdir və onlar ispan zabitinin komandanlığı altındadır. "Bu bazalarda baş verən hər şey İspaniyanın icazəsi ilə həyata keçirilir", - mənbə qeyd edib.
Əziz Mustafa
Digər xəbərlər