
Rusiya raketləri “Patriot” sistemindən yan keçməyi “öyrənib”?
Görünür, Rusiya Ukraynaya zərbələr endirərkən istifadə etdiyi ballistik raketlərin konstruksiyasında Amerikanın “Patriot” hava hücumundan müdafiə sistemindən yan keçmək imkanlarını təkmilləşdirmək üçün dəyişiklik edib. Bu barədə “Financial Times” Ukrayna və Qərb mənbələrinə istinadən məlumat yayıb.
Mövcud məlumata görə, təkmilləşdirmələr 500 kilometrə qədər uçuş məsafəsinə malik “İsgəndər-M” taktiki raket sistemlərində, həmçinin 480 kilometrə qədər məsafədə hədəfləri vura bilən “Kinjal” aeroballistik raketlərində aparılıb.
FT mənbələrinin bildirdiyinə görə, raketlər əvvəlcə standart trayektoriya üzrə hərəkət edir, bundan sonra onlar kəskin şəkildə yayınır və sıldırım dalışlar edir, bu da onları “Patriot” sistemlərinin qarşısını almağı çətinləşdirir.
Son aylarda Ukraynanın hava hücumundan müdafiə sisteminin Rusiya ballistik raketlərinə qarşı effektivliyi nəzərəçarpacaq dərəcədə azalıb: avqustda onlar bu cür raketlərin təxminən 37%-ni tuta bildiyi halda, sentyabrda bu rəqəm cəmi 6% təşkil edib.
Almaz Həsənli