
ABŞ AB sammiti ərəfəsində Danimarkaya əks-dron sistemləri göndərir
ABŞ oktyabrın 1-də baş tutacaq Aİ liderlərinin qeyri-rəsmi görüşü zamanı Danimarkanın müdafiəsinə kömək edəcək.
Bu barədə X sosial media platformasında Danimarka Müdafiə Nazirliyinə istinadən RBC-Ukrayna məlumat yayıb.
“Biz məmnunuq və minnətdarıq ki, ABŞ da qarşıdan gələn sammitlə əlaqədar olaraq Danimarkaya əks-dron imkanları ilə dəstək verir”, - nazirlik qeyd edib.
Müdafiə Nazirliyi əlavə edib ki, ABŞ-ın dəstəyi sıx transatlantik əməkdaşlığın sübutudur və bu, hibrid hücumlara qarşı effektiv mübarizədə də özünü göstərir.
Qeyd edək ki, oktyabrın 1-də Kopenhagendə Aİ-nin qeyri-rəsmi sammiti, oktyabrın 2-də isə orada Avropa Siyasi Birliyinin (EPC) sammiti keçiriləcək.
Əziz Mustafa
Digər xəbərlər