
“Qarabağ” Çempionlar Liqasının 2-ci turunda “Kopenhagen”ə qalib gəlib
Azərbaycanın “Qarabağ” klubu Çempionlar Liqasının ikinci turunda qalib gələrək avropalı futbolsevərlərin könlünü fəth etməkdə davam edir. Bu dəfə "köhlənlər" doğma meydanda Danimarka "Kopenhagen"ini məğlub edib.
Oxuməni.az xəbər verir ki, “Qarabağ” Çempionlar Liqasının ümumi mərhələsinin ikinci turunda Danimarkanın “Kopenhagen” komandasını 2:0 məğlub edib.
Qarşılaşma Bakı vaxtı ilə saat 20:45-də Tofiq Bəhramov adına stadionda baş tutub.
Qarşılaşmanı hollandiyalı FİFA referisi Serdar Gözübüyük idarə edib.
Hesabı 28-ci dəqiqədə Abdellah Zubir açdı, 84-cü dəqiqədə Emmanuel Addai komandasının qol fərqini ikiyə çatdırdı.
Bu, Qurban Qurbanovun komandasının Çempionlar Liqasında ilk iki oyununda ikinci qələbəsidir!
Çempionlar Liqasının ikinci turundan sonra "Qarabağ" inanılmaz altıncı pillədə qərarlaşıb.
“Qarabağ” oktyabrın 22-də “Atletik Bilbao” ilə qarşılaşacaq.
Çərşənbə günü keçirilən bütün oyunların nəticələri:
"Qarabağ" (Azərbaycan) - "Kopenhagen" (Danimarka) - 2:0
"Union" (Belçika) - "Nyukasl" (İngiltərə) - 0:4
"Arsenal" (İngiltərə) - "Olimpiakos" (Yunanıstan) - 2:0
"Bayer" (Almaniya) - PSV (Hollandiya) - 1:1
"Vilyarreal" (İspaniya) - "Yuventus" (İtaliya) - 2:2
"Napoli" (İtaliya) - "Sportinq" (Portuqaliya) - 2:1
"Monako" (Fransa) - "Mançester Siti" (İngiltərə) - 2:2
"Borussiya" (Almaniya) - "Atletik Bilbao" (İspaniya) - 4:1
"Barselona" (İspaniya) - PSJ (Fransa) - 1:2.
Almaz Həsənli