
Moskvada Bəşər Əsədi zəhərləmək istəyiblər
Suriyanın keçmiş prezidenti Bəşər Əsəd zəhərlənmə cəhdindən sonra Moskva xəstəxanalarından birindən evə buraxılıb. Bu barədə Suriya İnsan Haqları Müşahidə Qrupu mənbəyə istinadən məlumat yayıb.
Məhdud sayda insanın xəstəxanada Əsədi ziyarət etməsinə icazə verilib. Onların arasında keçmiş prezidentin qardaşı Maher Əsəd və prezidentin işləri üzrə keçmiş baş katibi Mənsur Əzzam da olub.
Mənbənin sözlərinə görə, Əsədi zəhərləyənlər Rusiya hökumətinə güzəştə getməyə və onu Suriyanın keçmiş prezidentini zəhərləməkdə ittiham etməyə çalışıblar.
Yanvarda Əsədin Moskvaya gəlişindən sonra onu zəhərləməyə cəhd edildiyi barədə məlumat yayılmışdı. Bu cəhd dekabrın sonlarında baş verib. Əsəd özünü pis hiss edib və həkimə müraciət edib, onun orqanizimində zəhərin izləri tapılıb.
Almaz Həsənli