
2025-ci il Fiziologiya və Tibb üzrə Nobel Mükafatının Laureatlarının adları açıqlanıb
2025-ci il Fiziologiya və Tibb üzrə Nobel Mükafatı "periferik immun tolerantlıqla bağlı kəşflərinə görə" Meri E. Brunkov, Frederik Ramsdell və Şimon Sakaquçiyə verilib. Oxuməni.az “Deutsche Welle”yə istinadla xəbər verir ki, laureatların adları bazar ertəsi, oktyabrın 6-da Stokholmda elan edilib.
Nobel Komitəsinin sədri Olle Kempe qeyd edib ki, alimlərin kəşfləri “immunitet sisteminin necə işlədiyini və niyə hamının ciddi otoimmün xəstəlikləri inkişaf etdirmədiyini anlamaqda həlledici rol oynayıb”.
Meri E. Brunkov Vaşinqtonun Sietl şəhərindəki Sistem Biologiyası İnstitutundadır. Frederik Ramsdell Kaliforniyanın San-Fransisko şəhərində Parker Xərçəng İmmunoterapiya İnstitutunun tədqiqat direktorudur və mükafat aldığı zaman San Fransiskoda “Sonoma Biotherapeutics” ilə əlaqəli idi. Şimon Sakaquçi Yaponiyanın Osaka Universitetinin professorudur.
Hazırda mükafat 11 milyon İsveç kronu (təxminən bir milyon avro) təşkil edir. Tibb üzrə Nobel mükafatı 2024-cü ilə qədər 229 laureat olmaqla 115 dəfə verilib.
Almaz Həsənli