Fabio Kannavaro Özbəkistan millisinin baş məşqçisi təyin edilib

Fabio Kannavaro Özbəkistan millisinin baş məşqçisi təyin edilib

16:18
Bəyəndim (1) Bəyənmədim (0)


Dünya çempionu və "Qızıl top"un qalibi Fabio Kannavaro Özbəkistan milli komandasının baş məşqçisi təyin edilib. Bu barədə Özbəkistan Futbol Assosiasiyasının (UFA) mətbuat xidməti məlumat yayıb.
Bazar ertəsi UFA 52 yaşlı italiyalının və onun məşqçilər korpusunun Daşkəndə gəldiyini açıqlayıb. Kannavaroya Eucenio Albarella, Troize Franmesco və Antonio Kimenti kömək edəcək.
Özbəkistan millisi 2026-cı ildə Kanada, Meksika və ABŞ-da keçiriləcək dünya çempionatının final mərhələsinə vəsiqə qazanıb.
Kannavaro daha əvvəl "Dinamo Zaqreb", İtaliyanın "Udineze" və "Benevento", Səudiyyə Ərəbistanının "Əl-Nəsr", Çin millisi və bir sıra Çin komandalarını çalışdırıb.
Almaz Həsənli