Zelenski Əliyevlə mümkün müdafiə əməkdaşlığını müzakirə edib

Zelenski Əliyevlə mümkün müdafiə əməkdaşlığını müzakirə edib

10:52
Bəyəndim (1) Bəyənmədim (0)

Ukrayna prezidenti Vladimir Zelenski Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb. Tərəflər digər məsələlərlə yanaşı, potensial müdafiə əməkdaşlığını müzakirə ediblər.

Bu barədə RBC-Ukrayna Zelenskinin Facebook paylaşımına istinadən məlumat yayıb.

Zelenskinin sözlərinə görə, o, azərbaycanlı həmkarına Ukraynanın suverenliyi və ərazi bütövlüyünə prinsipial və ardıcıl dəstəyinə görə təşəkkür edib.

"Biz Ukraynada ədalətli sülh üçün diplomatik səyləri, enerji və potensial müdafiə tərəfdaşlığını müzakirə etdik. Biz gələcək təmaslar barədə razılığa gəldik", - prezident əlavə edib.

Əziz Mustafa