ABŞ 2026 və 2027-ci illərdə Ukraynaya dəstək üçün 800 milyon dollar xərcləyəcək.

ABŞ 2026 və 2027-ci illərdə Ukraynaya dəstək üçün 800 milyon dollar xərcləyəcək.

08:11
Bəyəndim (1) Bəyənmədim (0)

Qanun layihəsi həmçinin Pentaqon rəhbərindən Kiyevə kəşfiyyat məlumatlarının verilməsinin dayandırılması və ya ləğvi barədə Nümayəndələr Palatasına və Konqres Senatına hesabat verməsini tələb edir.

ABŞ Müdafiə Nazirliyinin büdcə layihəsində 2026 və 2027-ci illərdə Ukraynaya dəstək üçün hər biri 400 milyon dollar ayrılıb. Bu, Konqresin bu həftə səsverməyə başlayacağı dərc olunmuş sənəddə bildirilir.

"2026 maliyyə ili üçün - 400 milyon dollar. 2027 maliyyə ili üçün - 400 milyon dollar", sənəddə deyilir.

Bundan əlavə, qanun layihəsi Pentaqon rəhbərini Ukrayna ilə kəşfiyyat məlumatlarının mübadiləsinin dayandırılması və ya ləğvi barədə Nümayəndələr Palatasına və Konqres Senatına hesabat verməyə məcbur edir.

Əziz MUSTAFA