Türkiyə Silahlı Qüvvələri  Suriyaya daxil olub

Türkiyə Silahlı Qüvvələri  Suriyaya daxil olub

11:28
Bəyəndim (2) Bəyənmədim (0)


Son günlərdə Suriyada hərbi fəaliyyətdə nəzərəçarpacaq dərəcədə artım müşahidə olunub.
Oxuməni.az-ın “Yeni Şafak” qəzetinə istinadən verdiyi məlumata görə, Türkiyə Silahlı Qüvvələrinin karvanları Afrin, Rəsulayn və Hələb əyalətinin şimalından Suriyaya daxil olub.
Türkiyə mediası türk qoşunlarının Suriyaya daxil olduğunu və karvanların Mənbic xəttinə doğru irəlilədiyini göstərən görüntülər yayır.
Bir türk hərbi karvanının Hələb bölgəsinə Deyr Bəllut sərhəd keçid məntəqəsindən, digərinin isə gecə saatlarında Ədvaniya sərhəd keçid məntəqəsindən daxil olduğu bildirilir.
Suriya hökumət qüvvələri də Deyr əz-Zor bölgəsinə yeni hərbi gücləndirmələr göndərməyə başlayıb. Yerli mənbələr bildirir ki, bölgəyə artilleriya sistemləri və pilotsuz uçuş aparatları (PUA) yerləşdirilib. 86-cı diviziyanın Deyr əz-Zor əyalətinin qərb hissəsindəki bir neçə yerə əlavə hərbi gücləndirmələr göndərdiyi bildirilir.
Baş Qərargah rəisi general-leytenant Səlcuq Bayraktaroğlu 5-6 dekabr 2025-ci il tarixlərində rəsmi dəvətlə Suriyanın paytaxtı Dəməşqə səfər edib. Bu təmaslardan dərhal sonra Türkiyə Silahlı Qüvvələrinin Suriyaya yeni gücləndirmə qüvvələri göndərdiyi barədə məlumatlar yayılıb.
Bu hadisələr Dəməşqdəki təmaslarla üst-üstə düşərək, ərazidə yeni hazırlıqların əlamətləri kimi qəbul edilir. “Reuters News” Türkiyənin SDG-yə ilin sonuna qədər vaxt verdiyini iddia edib. Türkiyənin Mənbic xəttində hərbi mövcudluğunun artmasının bu açıqlamalarla əlaqəli ola bilər.
Almaz Həsənli