Britaniyalı “Maklaren” pilotu Lando Norris karyerasında ilk dəfə “Formula 1” çempionu oldu

Britaniyalı “Maklaren” pilotu Lando Norris karyerasında ilk dəfə “Formula 1” çempionu oldu

11:21
Bəyəndim (2) Bəyənmədim (0)


Britaniyalı “Maklaren” pilotu Lando Norris “Formula 1” dünya çempionu oldu.
Oxuməni.az-ın məlumatına görə, dördqat dünya çempionu, hollandiyalı Maks Verstappen (Red Bull) bazar günü keçirilən Əbu-Dabi Qran-Prisinin qalibi oldu. Avstraliyalı “Maklaren” pilotu Oskar Piastri ikinci (12.594 saniyə geridə), Norris isə üçüncü (16.572 saniyə geridə) oldu.
Norris 423 xal toplayaraq karyerasında ilk çempionluğunu qazandı. Verstappen (421) pilotların sıralamasında ikinci, Piastri (410) isə üçüncü yeri tutdu.
26 yaşlı Norris “Formula 1”-də debütünü 2019-cu ildə edib. Britaniyalı pilotun 11 Qran-Pri qələbəsi var, bunlardan yeddisi 2025 mövsümündə, daha 33-ü isə podiumda yer alıb.
Almaz Həsənli