Dronlar Temryukdakı dəniz limanına və Sızrandakı neft emalı zavoduna hücum edərək obyektlərdə yanğınlara səbəb olub

Dronlar Temryukdakı dəniz limanına və Sızrandakı neft emalı zavoduna hücum edərək obyektlərdə yanğınlara səbəb olub

07:53
Bəyəndim (1) Bəyənmədim (0)

5 dekabr gecəsi ruslar yenidən naməlum dronların hücumundan şikayətləniblər. Temryukdakı dəniz limanına və Sızrandak neft emalı zavoduna dronlar tərəfindən zərbələr endirilib.

Bu barədə Oxuməni.az Rusiya Telegram kanallarına istinadən məlumat verib.

Yerli vaxtla təxminən saat 00:30-da bir neçə ictimai qrup Rusiyanın Krasnodar diyarında Temryuk şəhərinə və Sızrana naməlum dronların hücum etdiyini bildirməyə başlayıb.

Xüsusilə, dəniz limanına zərbə endirilib və obyektin yaxınlığında yanğın baş verib. ASTRA nəçrinin məlumatına görə, hücumdan sonra yanacaq çənləri alovlanıb. Eyni zamanda, yanğının ilk görüntüləri internetdə yayılmağa başlayıb.

Öz növbəsinda yerli rəhbərlik bölgəyə dron hücumlarını təsdiqləyib.

. Regional əməliyyat qrupu Telegram kanalında məlumat verib ki, dron hücumu nəticəsində Temryukdakı liman infrastrukturunun bəzi hissələri zədələnib. Yanğın baş verib.

Qeyd edilib ki, yanğınla mübarizədə 32 mütəxəssis və səkkiz texnika iştirak edir. Xüsusi və təcili yardım xidmətləri də hadisə yerindədir.

Əziz MUSTAFA