G1: Silahlı oğrular San Paulo Kitabxanasından 8 Matiss çapını oğurlayıblar

G1: Silahlı oğrular San Paulo Kitabxanasından 8 Matiss çapını oğurlayıblar

10:18
Bəyəndim (1) Bəyənmədim (0)


Bazar günü səhər iki silahlı cinayətkar San Paulodakı Mario de Andrade Bələdiyyə Kitabxanasına soxularaq qiymətli sənət əsərlərini oğurlayıblar. G1 xəbər portalının məlumatına görə, oğurlanan əşyalar arasında fransız rəssamı Anri Matissin səkkiz çapı və braziliyalı usta Kandido Portinarinin beş çapı var idi.

Oğurlanan bütün əsərlər San Paulo Müasir İncəsənət Muzeyi ilə əməkdaşlıq çərçivəsində keçirilən "Kitabdan Muzeyə" adlı müvəqqəti sərginin bir hissəsi idi. Sərgilərdə videomüşahidə sisteminin və sığortanın olmasına baxmayaraq, cinayətkarlar əsərləri əldən verməyi bacarıblar.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, istintaq davam edir və cinayətin üstünü açmağa kömək edə biləcək dəlillər müstəntiqlərin əlindədir. San Paulo meri Rikardo Nunyes bildirib ki, cinayətkarları müəyyən etmək üçün müşahidə kameralarından istifadə edilib. Həbslərlə bağlı təfərrüatlar hələlik açıqlanmayıb.

Əziz MUSTAFA