Gürcüstanın beynəlxalq valyuta ehtiyatları rekord səviyyəyə çatdı

Gürcüstanın beynəlxalq valyuta ehtiyatları rekord səviyyəyə çatdı

Bəyəndim (3) Bəyənmədim (0)


2025-ci ilin noyabr ayı üzrə Gürcüstanın beynəlxalq valyuta ehtiyatları əvvəlki aya nisbətən 213,2 milyon ABŞ dolları artaraq 5,8 milyard ABŞ dollarını keçib və rekord göstəriciyə çatıb.
Oxuməni.az “24News.ge”yə istinadla xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankı məlumat yayıb.
Məlumatda qeyd olunur ki, Gürcüstan Milli Bankı valyuta ehtiyatlarının artırılmasına fokuslanır və bazarın əlverişli şəraitindən istifadə edərək ehtiyatların doldurulmasını davam etdirir.
2025-ci ilin yanvar-oktyabr aylarında Milli Bankın valyuta ehtiyatlarının təmiz alımları aşağıdakı kimi olub:
Mart – 101,7 milyon
Aprel – 266,4 milyon
May – 245,4 milyon
İyun – 266,0 milyon
İyul – 416,9 milyon
Avqust – 199,6 milyon
Sentyabr – 100,0 milyon
Oktyabr – 167,4 milyon
Yanvar-oktyabr ayları üzrə cəmi 1,763,3 milyon ABŞ dolları təşkil edib. Noyabr ayının təmiz alımları ilə bağlı məlumat 25 dekabr tarixində açıqlanacaq.
Gürcüstan Milli Bankı bildirir ki, beynəlxalq valyuta ehtiyatları ölkənin makroiqtisadi stabilliyinin əsas təminatçısıdır. Bankın uzunmüddətli siyasəti beynəlxalq ehtiyatların toplanması və rezerv aktivlərinin effektiv idarə edilməsinə yönəlib.
2025-ci ilin noyabr ayı üzrə ehtiyatların qızıl payı 16,5%-i (961,8 milyon ABŞ dolları) təşkil edib. Qızılın qiymətindəki dəyişiklik nəticəsində monetar qızılın dəyəri alış vaxtından 461,8 milyon ABŞ dolları artıb, bu da Milli Bankın ehtiyatların diversifikasiyası strategiyasının uğurlu olduğunu göstərir.
Gürcüstan Milli Bankı rəsmi beynəlxalq valyuta ehtiyatları barədə yenilənmiş məlumatları 2026-cı il 6 yanvarda açıqlayacaq.
Almaz Həsənli