Poeziya buketi, nəğmə çələngi

Poeziya buketi, nəğmə çələngi

Bəyəndim (1) Bəyənmədim (0)

7 dekabr daimi oxucumuz, gözəl qələm sahibi, gözəl ana və gözəl ürək sahibi şairə Pərvin Həsrətlinin doğum günüdür. Biz də Pərvin xanımı ürəkdən təbrik edir, ona cansağlığı və yaradıcılığında uğurlar arzulayırıq. İstedadlı şairə Pərvin Həsrətli yaxın günlərdə yeni kitabı ilə öz sevimli oxucularının görüşünə gələcək. Keşməkeşli həyat yolu keçən Pərvin Həsrətli yaşadıqlarını müəyyən qədər poetik duyğularla qələmə ala bilibdir. Bu doğum günündə də onun bu səpkidə özünə həsr etdiyi bir şeirini sizlərə təqdim edirik.

KƏDƏRİN GÜLÜŞLƏ GİZLƏDƏN QADIN

Fələk də bəxtimə bir oyun qurdu,

Sevinci unudub kədərdə durdu.

Qəlbimdə mərhəmət təsəllim oldu,

Kədərin gülüşlə gizlədən qadın.

***

İçimdə qopsa da firtına, tufan,

Birin qəmli görcəkrdin unudan.

Gündüzlər gülsə, gecə ağlayan,

Kədərin gülüşlə gizlədən qadın.

***

Qəlbinə bir dünya sığdırdın, qadın,

İçində susarkən fəryadın, ahın.

Gecələr həmdəmin təkcə göz yaşın,

Kədərin gülüşlə gizlədən qadın.

***

Güclü görünsən, könlün yaralı,

Ömrününr fəsli boranlı, qarlı.

Ümidlə gözlədin gələn baharı,

Kədərin gülüşlə gizlədən qadın.

***

Yadlar doğmalaşdı, doğmalar yaman,

Mənim çəkdiklərim ağır imtahan.

Bəzən öz içində səssizcə susan,

Kədərin gülüşlə gizlədən qadın.

***

Bu dünya kiminəlı, qaralı,

Kiminə sevincli, kiminə yaralı.

Sən öz dərdlərindən aldım ilhamı,

Kədərin gülüşlə gizlədən qadın.

Pərvin Həsrətli