"Yadplanetli gəmisi" 3I/ATLAS qeyri-adi yeni bir detalla alimləri təəccübləndirdi

"Yadplanetli gəmisi" 3I/ATLAS qeyri-adi yeni bir detalla alimləri təəccübləndirdi

14:15
Bəyəndim (1) Bəyənmədim (0)

Harvard Universitetinin alimi Avi Leb öz bloq yazısında yazıb ki, tez-tez "yadplanetli gəmisi" adlandırılan 3I/ATLAS kosmik obyektinin iki quyruğu ola bilər.

O yazıb ki, "30 noyabrda çəkilmiş ulduzlararası qonaq 3I/ATLAS-ın yeni Habl görüntüsünün fırlanma qradiyent xəritəsi, obyektdən iki axının çıxdığını və Günəşə doğru 60.000 kilometrdən çox (Yerin radiusunun on qatı) uzanan fərqli bir antiquyruğa malik olduğunu göstərir".
Leb həmçinin 3I/ATLAS-ın antiquyruğunun xüsusiyyətlərini qeyd edərək, onun perihelion zamanı normal hərəkətinə nisbətən istiqamətini dəyişdiyini vurğuladı.

Astronom bu fenomenin məlum kometlər üçün qeyri-adi olduğunu və izahat tələb etdiyini bildirdi.

Ulduzlararası obyekt 3I/ATLAS 1 iyulda müşahidə edildi. Alimlər daha sonra bunun başqa bir ulduz sistemindən olan kometa olduğunu müəyyən etdilər. Onun komasının diametri təxminən 24 kilometrdir. Kompüter modeli onun yaşını 7,5 milyard ildən çox - Günəşdən üç milyard il böyük hesabladı. Bu, indiyə qədər müşahidə edilən ən qədim kometa ola bilər.

Avqust ayında Harvard astrofizik Avi Leb, 3I/ATLAS-ın işıq mənbəyi müəyyən edilməsə də, avtomobil faralarının parıltısına bənzər öz işığını yaydığını bildirdi. O, 3I/ATLAS-ın milyonlarla kilometr məsafədən görünən işıq yarada bilən güclü enerji mənbəyinə malik süni bir obyekt ola biləcəyini irəli sürdü. Bir ay sonra alim 3I/ATLAS-ın rəngini dəyişməyə başlayaraq "anomal təkamül" keçirdiyini qeyd etdi.

Əziz MUSTAFA