Kelloq: Sülh müqaviləsinin imzalanmasına iki bənd qalıb
Ukraynada müharibənin sona çatması ilə bağlı saziş imzalanmağa "çox yaxındır", onun taleyi iki əsas məsələnin - Donbasın və Zaporojye Atom Elektrik Stansiyasının (ZNPP) gələcəyinin həllindən asılıdır.
Oxuməni.az-ın “Deutsche Welle”-yə istinadən verdiyi məlumata görə, ABŞ Prezidenti Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq bu açıqlamanı Kaliforniyada Ronald Reyqan Prezident Fondu tərəfindən təşkil edilən forumda verib.
Kelloq Kaliforniyanın Simi Vadisindəki Ronald Reyqan Prezident Kitabxanası və Muzeyində bildirib: "Əgər bu iki məsələni həll etsək, düşünürəm ki, qalan hər şey olduqca rahat şəkildə həll olunacaq". Trampın xüsusi nümayəndəsi iddia edib ki, "Demək olar ki, o yerə çatdıq... Həqiqətən də, çox yaxınıq".
Onun sözlərinə görə, razılaşmaya nail olmaq üçün səylər finiş xəttindən "son 10 metr" məsafədədir ki, bu da həmişə ən çətin olan yoldur. Kelloq aydınlaşdırıb ki, Rusiya və Ukrayna tammiqyaslı müharibənin başlanğıcından bəri 2 milyondan çox insanı öldürüb və yaralayıb.
“Reuters” agentliyinin məlumatına görə, Rusiya Ukrayna ərazisinin 19,2%-nə, o cümlədən ilhaq edilmiş Krıma, bütün Luqansk bölgəsinə, Donetsk bölgəsinin 80%-dən çoxuna, Xerson və Zaporojye bölgələrinin təxminən 75%-nə, eləcə də Xarkov, Sumı, Nikolayev və Dnepropetrovsk bölgələrinin bir hissəsinə nəzarət edir.
ABŞ-ın ilkin təkliflərinə görə, Zaporojye AES-in fəaliyyəti Beynəlxalq Atom Enerjisi Agentliyinin nəzarəti altında bərpa edilməli və elektrik enerjisi Rusiya ilə Ukrayna arasında bölüşdürülməlidir.
Almaz Həsənli


















































.jpg)
































