“Liverpul” Salahı Çempionlar Liqasının "İnter Milan"la oyunu üçün heyətdən kənarlaşdıra bilər

“Liverpul” Salahı Çempionlar Liqasının "İnter Milan"la oyunu üçün heyətdən kənarlaşdıra bilər

14:00
Bəyəndim (2) Bəyənmədim (0)


“Daily Mail” qəzetinin məlumatına görə, “Liverpul”un hücumçusu Məhəmməd Salah Çempionlar Liqasının 6-cı turunda "İnter Milan"la oyun üçün heyətdən kənarlaşdırıla bilər.
Klub Salahın komandadakı rolu ilə bağlı mübahisəli şərhlərindən, eləcə də İngiltərə Premyer Liqasının 15-ci turunda "Lids Yunayted"lə 3-3 hesablı heç-heçədən sonra baş məşqçi Arne Slotu tənqid etməsindən sonra son qərarı vermək məcburiyyətində qalıb.
Bu mövsüm oyunçu "Liverpul"da 19 oyuna çıxıb, beş qol vurub və üç məhsuldar ötürmə edib. Hücumçunun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir.
Xatırladaq ki, Salah 2017-ci ildən "Liverpul"dadır. Bu müddət ərzində hücumçu bütün turnirlərdə 420 oyunda iştirak edib, 250 qol vurub və 116 məhsuldar ötürmə edib.
Almaz Həsənli