Nazim Sadıxov UFC 323 turnirində məğlub oldu

Nazim Sadıxov UFC 323 turnirində məğlub oldu

10:35
Bəyəndim (1) Bəyənmədim (0)



Azərbaycanlı yüngül çəkili idmançı Nazim Sadıxov UFC turnirində növbəti döyüşünü keçirib.
Azərbaycanlı qarışıq döyüş növləri (MMA) idmançısı Nazim Sadıxov, Oxuməni.az-ın məlumatına görə, "Ultimate Fighting Championship" (UFC) təşkilatı altında ilk məğlubiyyətini alıb.
İdmançı ABŞ-ın Nevada ştatının Las-Veqas şəhərində keçirilən UFC 323 turnirinin ilkin kartı çərçivəsində çıxış edib. Onun rəqibi fransalı Fares Ziam olub.
Yüngül çəkidəki üç raund nəzərdə tutulan (70,3 kq-dək) görüş vaxtından əvvəl başa çatıb. İkinci raundun sonunda Ziam üstün mövqedən baş nahiyəsinə bir neçə sərt dirsək zərbəsi endirib. Sadıxov sarsılmış vəziyyətdə olub, onun passiv müdafiəsi fonunda referi fasilə zəngindən bir saniyə əvvəl döyüşü dayandırıb.
31 yaşlı azərbaycanlının iki qələbəlik seriyası başa çatıb. İndi onun hesabında iki məğlubiyyət və bir heç-heçəyə qarşı 11 qələbə var. Sadıxov karyerasında ilk dəfə nokautla uduzub.
Ziam isə ardıcıl altıncı qələbəsini qazanıb. 28 yaşlı fransalının hesabında indi dörd məğlubiyyətə qarşı 18 qələbə var.
Almaz Həsənli