Ukraynadakı sülh danışıqları razılığa gəlmək üçün ən yaxşı şansdır
ABŞ-ın NATO-dakı Daimi Nümayəndəsi Metyu Uitaker hesab edir ki, Ukraynadakı sülh danışıqları razılığa gəlmək üçün ən yaxşı şansdır. Bu barədə TASS məlumat yayıb.
"Bu, bizim ən yaxşı şansımız ola bilər. Biz sülhə indiyədək olduğundan daha yaxınıq", - deyə o bildirib.
Uitaker əlavə edib ki, "nəticə etibarilə bu müharibə bitməlidir".
3 dekabr gecəsi Kremldə Rusiya Prezidenti Vladimir Putin, ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkov və Trampın kürəkəni Cared Kuşner arasında danışıqlar başa çatıb. Tərəflər Amerika sülh planı ilə bağlı kompromis əldə edə bilməyiblər. Görüşdən sonra Uşakov bildirib ki, ərazi məsələsi əsas maneə olaraq qalır, baxmayaraq ki, Amerika təkliflərinin bəziləri "az-çox məqbul" görünür.
ABŞ və Rusiya nümayəndələri söhbətin təfərrüatlarını açıqlamamaq barədə razılığa gəliblər. Rusiya Prezidentinin İnvestisiya və İqtisadi Əməkdaşlıq üzrə Xüsusi Nümayəndəsi Kirill Dmitriyev də görüşdə iştirak edərək danışıqları məhsuldar adlandırıb.
Əziz MUSTAFA


































.jpg)
















































