ABŞ narkotik qaçaqmalçılarına qarşı yeni zərbə endirib
ABŞ ordusu narkotik daşımaqda şübhəli bilinən daha bir qayığı məhv edib və nəticədə dörd nəfər ölüb. Bu barədə Oxuməni.az “Euronews”-a istinadən xəbər verir.
Məlumata görə, əməliyyat ABŞ-ın Sakit okean sahillərində Müdafiə Naziri Pit Heqsetin əmri ilə baş tutub.
Prezident Donald Trampın narkotik qaçaqmalçılığı şübhəlilərinə qarşı güc tətbiqinə icazə verdiyi avqust ayından bəri 80-dən çox insan öldürülüb.
Bu əməliyyatların bəziləri istintaq mövzusuna çevrilib. ABŞ ordusu bütün qaçaqmalçıları məhv etmək üçün birbaşa əmr almadığını iddia edir.
Lakin Tramp administrasiyası ABŞ-ın narkotik kartelləri ilə müharibədə olduğunu iddia edir ki, bu da güc tətbiqini əsaslandırır.
Vaşinqton Venesuela sahillərində əhəmiyyətli bir dəniz qüvvəsi saxlamağa davam edir və əvvəllər hava məkanını bağladığını elan edib.
Donald Tramp narkotik və qanunsuz immiqrasiya mənbəyi hesab etdiyi ölkəyə zərbələr endirməklə hədələyib. ABŞ hakimiyyəti Venesuela Prezidenti Nikolas Maduronu ən böyük narkotik kartellərindən birinin rəhbəri adlandırıb.
Almaz Həsənli


























.jpg)
























































