
Barselonada Fələstin tərəfdarı etiraz aksiyası zamanı 23 nəfər yaralanıb
Barselonada Fələstin tərəfdarı nümayiş zamanı etirazçılarla polis arasında toqquşmalar baş verib. Cadena Ser telekanalının məlumatına görə, 23 nəfər yaralanıb, onlardan birinin vəziyyəti ağırdır.
Kataloniya polisinin məlumatına görə, on nəfər vətəndaş iğtişaşlarında iştirak etməkdə ittiham olunaraq həbs edilib. Xəsarət alanlar arasında hüquq-mühafizə orqanlarının 19 əməkdaşı da olub, onlardan biri ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
İğtişaşların şənbə günü günortadan sonra kütləvi nümayişin bitməsindən sonra başladığı bildirilir. Bir qrup radikal etirazçı şəhərin mərkəzindəki qida və içki müəssisələri və pərakəndə satış məntəqələrinə hücum etməyə başlayıb. McDonald's, Burger King, Starbucks və Carrefour supermarketinin fasadları zədələnib. Bəzi iştirakçıların çıxmaq istəmədiyi Plaza Catalunyadakı etirazçıları dağıtmaq üçün polis güc tətbiq edib.
Madrid, Barselona və İspaniyanın onlarla başqa şəhərində Fələstinə dəstək etirazları da keçirilib. İştirakçılar Qəzza zolağında davam edən münaqişə fonunda İspaniya hökumətindən İsraillə diplomatik və ticarət əlaqələrini kəsməyi tələb ediblər.
Əziz Mustafa