
Şimali Atlantika Alyansının (NATO) faktiki olaraq bütün ölkələri Rusiya ilə müharibə vəziyyətindədir
Şimali Atlantika Alyansının (NATO) faktiki olaraq bütün ölkələri Rusiya ilə müharibə vəziyyətindədir. Bunu Rusiya Prezidenti Vladimir Putin “Rossiya 24” telekanalında yayımlanan “Valday” Beynəlxalq Diskussiya Klubunun iclasında çıxışı zamanı deyib.
“Rusiya Ukrayna Silahlı Qüvvələri və ya Ukrayna ilə deyil, faktiki olaraq bütün NATO ölkələri ilə müharibə aparır.
Tədbir zamanı Putin Rusiyanın Avropanın hərbiləşdirilməsinə cavab olaraq nə edəcəyi ilə bağlı sualı da cavablandırıb. Prezident deyib ki, əgər hansısa ölkə “Rusiya ilə rəqabət aparmaq” istəyirsə, “cəhd etsinlər”.
Bundan əlavə, Rusiya lideri Rusiya Silahlı Qüvvələri və Rusiya vətəndaşları ilə fəxr etdiyini qeyd edib. O, qlobal tarazlığın qorunmasında Rusiyanın həlledici rolunu görür. Buna görə də Putin hesab edir ki, bütün dünyanın Rusiyanın mövcudluğuna ehtiyacı var.
Əziz Mustafa