Albaniyanın baş naziri Makrondan Azərbaycanla müharibənin başa çatması münasibətilə onu təbrik etməyi xahiş edib

Albaniyanın baş naziri Makrondan Azərbaycanla müharibənin başa çatması münasibətilə onu təbrik etməyi xahiş edib

15:53
Bəyəndim (1) Bəyənmədim (0)

Avropa Siyasi Birliyinin Zirvə toplantısında Albaniyanın baş naziri Edi Rama prezidentlər Emmanuel Makron və İlham Əliyevin müşayiəti ilə “Alban-Azərbaycan münaqişəsi”nin həlli ilə bağlı zarafat edib. Bu barədə Ermənistanın “News.am” nəşri məlumat yayıb.
Baş nazir prezident Donald Trampın dildən qaçmasına istinad edib. O, sentyabrın 12-də “Fox News” telekanalına müsahibəsində deyib: "Mən həlledilməz hesab edilən müharibələrə son verdim. Azərbaycan və Albaniya. Bu, uzun illər davam etdi".
Bir neçə gündən sonra Tramp Azərbaycanla münaqişədən bəhs edərkən Ermənistan və Albaniyanı yenidən qarışdırıb.
"Siz burada bizdən üzr istəməlisiz. Siz bizi prezident Trampın ölkələrimizlə danışıqlara kömək etdiyi sülh sazişinə görə təbrik etmədiniz", - Rama Makrona ingiliscə müraciət edərək deyib.
Buna cavab olaraq Fransa prezidenti gülüb, üzr istəyib və zarafatla Albaniyanın baş nazirinin üzünə yavaşça sillə vurub.
Almaz Həsənli