
Tramp: “Tomaqavk” raketlərinin Ukraynaya təhvil verilməsi ilə bağlı qərar qəbul edilib
ABŞ prezidenti Donald Tramp “Tomaqavk” raketlərini Ukraynaya təhvil vermək barədə praktiki olaraq qərar qəbul etdiyini bəyan edib. Bu barədə Ağ Evin yaydığı məlumatda deyilir.
Bununla belə, ABŞ prezidenti qeyd edib ki, o, əvvəlcə Ukraynanın bu raketlərdən necə istifadə edəcəyini görmək istəyir:
"Düşünürəm ki, onlarla nə edəcəklərini, hara göndərəcəklərini öyrənmək istəyirəm. Bu sualı verməliyəm".
Tramp Rusiya ilə Ukrayna arasında müharibənin “heç vaxt baş verməməli olduğunu” təkrarlayıb və hər iki tərəfdən “pis qərar” verildiyini qeyd edib.
Jurnalistlərdən birinin "Tomaqavk" raketlərinin uçuş məsafəsi ilə bağlı sualına Tramp belə cavab verib: "Mən eskalasiya axtarmıram".
Rusiya diktatoru Vladimir Putin bəyan edib ki, Ukraynaya təchizat və Rusiyaya qarşı “Tomaqavk” raketlərindən istifadə Moskva ilə Vaşinqton arasında münasibətlərə “xələl gətirəcək”.
Lakin o, Ukraynanın bu raketlərdən istifadəsinin Rusiyaya böyük ziyan vuracağını etiraf etmək məcburiyyətində qalıb.
Əziz MUSTAFA