
İran təqribən 280 milyard kubmetrlik yeni qaz ehtiyatı kəşf edib
İran kəşfiyyat quyusunun sınağından sonra Pazan yatağında qaz ehtiyatları aşkar edib.
İran mətbuatının yazdığına görə, yeni ehtiyatlar 10 trilyon kubfut (təxminən 280 milyard kubmetr ) həcmində qiymətləndirilir.
Pazan yatağı Cam şəhərindən (Boşəhr vilayəti) təxminən 21 kilometr aralıda yerləşir. Nazir yataqda kəşfiyyat işlərinin 8 ildir dayandırıldığını və bu fasilədən sonra ikinci kəşfiyyat quyusunda işlərin bərpa olunduğunu qeyd edib.
Məlumata görə, bu ehtiyatlardan qaz hasilatı 40 aydan sonra başlaya bilər.
Əziz Mustafa
Digər xəbərlər