
Avropanın ən çalışqan vətəndaşlarının adları açıqlanıb: Türkiyə dünyada birincidir
Türklər ən uzun iş həftəsinə görə Avropada liderlik edir. Sonrakı yerləri Monteneqro və Serbiya tutur. Rusiya bu cədvəldə 23-cü yerdə qərar tutub. Niderland və Böyük Britaniya isə müvafiq olaraq 21 və 22-ci yerdədirlər.
Araşdırmaya görə, türklər Avropada daha çox - həftədə 44,1 saat işləyirlər. Monteneqrolular (43,1 saat) və serblər (41,8 saat) da ən çox işləyən ölkələr sırasında yer alıblar. Ruslar həftədə orta hesabla 38,2 saat işləyirlər.
Niderland (31,5 saat), Böyük Britaniya (31,9 saat) və Danimarka (33,7 saat) sakinləri işdə ən az vaxt keçirirlər. Tədqiqat həmçinin kişilər və qadınlar arasında iş həftəsinin uzunluğunda əhəmiyyətli fərqi ortaya qoydu. Avropada kişilər orta hesabla həftədə 39,9 saat işləyirsə, qadınlarda bu göstərici 36,3 saatdır.
Ən böyük boşluq qadınların kişilərdən 9,1 saat az işlədiyi İsveçrədə, həmçinin Hollandiyada (8,1 saat) və Avstriyada (7,7 saat) müşahidə olunur. Rusiyada kişilər həftədə 39,2 saat, qadınlar isə 37,1 saat işləyir.
Əziz MUSTAFA