
Rusiyanın əsas neft emalı zavodu pilotsuz təyyarənin hücumundan sonra neft distillə qurğusunu dayandırıb
Rusiyanın Leninqrad vilayətindəki "Kirishinefteorgsintez" neft emalı zavodu pilotsuz təyyarənin hücumundan sonra ən böyük blokunu bağlayıb. Bu barədə “Reuters” məlumat yayıb.
Agentliyin mənbələri bildiriblər ki, işğalçı ölkənin əsas neft emalı zavodlarından biri olan Kirişi Neft Emalı Zavodu özünün ən məhsuldar CDU-6 neft distillə qurğusunu dayandırıb. Bu, şənbə, oktyabrın 4-də pilotsuz təyyarənin hücumu və sonrakı yanğından sonra baş verib.
Reuters qeyd edir ki, obyektin fəaliyyətinin bərpası təxminən bir ay çəkəcək. Obyektin gücü ildə 8 milyon metrik ton və ya sutkada 160 000 barel təşkil edir. Bu, zavodun ümumi emal gücünün təxminən 40%-ni təşkil edir.
Kirişi Neft Emalı Zavodunun gücü ildə 20,1 milyon ton neftə çatır. Zavod benzin, dizel yanacağı, aviasiya yanacağı və digər neft məhsulları istehsal edir.
Rusiyada yanacaq böhranı fonunda işin dayandırılması neft məhsullarının istehsalının azalmasına səbəb ola bilər. Təcavüzkar ölkə Ukrayna pilotsuz təyyarələrinin davamlı hücumları səbəbindən bəzi məşhur benzin növlərinin çatışmazlığı ilə mübarizə aparır.
Əziz Mustafa