Qızılın bir unsiyasının qiyməti bütün zamanların ən yüksək həddinə çatıb

Qızılın bir unsiyasının qiyməti bütün zamanların ən yüksək həddinə çatıb

Bəyəndim (1) Bəyənmədim (0)


Birjada qızılın unsiyasının qiyməti (təxminən 31,1 qram) rekordlar qıraraq dörd min dollara yaxınlaşır. Bu barədə “dpa” xəbər agentliyi məlumat yayıb.
Nyu-York birjasında hərracların açılışında qızılın unsiyasının qiyməti 3 min 886 dolları, gündəlik maksimum isə 3 min 969 min dolları keçib. Berlin vaxtı ilə saat 23:00-da (Bakı vaxtı ilə saat 01:00) qiymət 3960 dollara düşdü - açılış qiymətindən 74 dollar yüksək oldu.
Ötən həftənin əvvəlində qızılın bir unsiyasının qiyməti üç dəfə bütün zamanların ən yüksək həddinə çatıb. Son beş iş günü ərzində qiymət 3757 dollardan 3885 dollara qədər artıb - təxminən 130 dollar və ya 3%-dən çox artım.
Qızıl qiymətləri əsasən ABŞ hökumətinin oktyabrın 1-də başlayan fəaliyyətini dayandırması səbəbindən yüksəlir. Bu bağlanma Senatın gələn il üçün federal büdcə ilə bağlı nə Demokratlar, nə də Respublikaçılar Partiyasının təkliflərini qəbul etməməsi səbəbindən baş verib.
Almaz Həsənli