Kreml Düşənbədə Putin-Əliyev görüşünün vaxtını açıqlayıb

Kreml Düşənbədə Putin-Əliyev görüşünün vaxtını açıqlayıb

07:56
Bəyəndim (2) Bəyənmədim (0)

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya prezidenti Vladimir Putinin cümə axşamı Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcəyini bildirib. Bu barədə RİA Novosti məlumat yayıb.

Kreml sözçüsü jurnalistlərlə söhbətində aydınlaşdırıb ki, Putinlə Əliyev arasında görüşdə əsas diqqət ölkələr arasında ikitərəfli münasibətlər olacaq.

"Görüşün baş tutmasının özü iki liderin bütün aktual məsələləri müzakirə etmək niyyətindən xəbər verir", - Peskov bildirib.

O qeyd edib ki, Rusiya tərəfi müsbət mövqedədir.

Bundan əvvəl Əliyev Putini 73 yaşı münasibətilə telefonla təbrik edib. Söhbət zamanı siyasətçilər ikitərəfli münasibətlərin hazırkı vəziyyətini müzakirə ediblər.

Putinin özü bəyan edib ki, Rusiya ilə Azərbaycan arasında münasibətlərdə problemlər var, amma hər şey normala dönəcək.

Əziz Mustafa