
Amerikalı aktrisa Dayan Kiton vəfat edib
Amerikalı aktrisa Dayan Kiton Kaliforniyada 79 yaşında vəfat edib, People onun ailəsinin nümayəndəsinə istinadən xəbər verir.
"Hazırda əlavə təfərrüatlar yoxdur; onun ailəsi bu böyük kədər dövründə məxfilik tələb edib", - məlumatda deyilir.
Kiton 1970-ci illərdə "Xaç atası" filmindəki roluna və rejissor Vudi Allenlə işbirliyinə görə şöhrət qazandı. 1977-ci ildə "Annie Hall" filmindəki roluna görə "Ən yaxşı qadın rolu" nominasiyasında Oskar qazandı. Onun karyerasına “Birinci Arvadlar Klubu”, rejissor Nensi Meyerslə çoxsaylı əməkdaşlıqlar və Kitab Klubu franşizi kimi filmlər daxildir. Kitonun iki övladı var: qızı Dekster və 1996 və 2001-ci illərdə övladlığa götürdüyü oğlu Duke.
Əziz Mustafa
Digər xəbərlər