NATO sularında Rusiya sualtı qayığı müşahidə edilib

NATO sularında Rusiya sualtı qayığı müşahidə edilib

10:45
Bəyəndim (1) Bəyənmədim (0)



Rusiya sualtı qayığı gözlənilmədən Fransa sahillərində dəniz səthində görünüb. Hadisəyə cavab olaraq Alyans özünü müdafiə etməyə hazır olduğunu bəyan edib. Bu barədə NATO Dəniz Komandanlığının X sosial media saytında məlumat yayılıb.

“Fransa Hərbi Dəniz Qüvvələrinin freqatı Alyansa dəniz yaxınlaşmalarını izləyir, Rusiya sualtı qayığının Brittani sahilləri yaxınlığında səthdə fəaliyyət göstərdiyini qeyd edir”, - məlumatda deyilir.

Komandanlıq həmçinin əlavə edib ki, “NATO özünü müdafiə etməyə hazırdır, daimi sayıqlıq saxlayır və bütün Atlantikada vəziyyəti izləyir”.
Xatırladaq ki, bir neçə həftə əvvəl, sentyabrın 17-də İsveç yaxınlığındakı Öresund boğazında Rusiyaya məxsus balıqçı gəmisi tapılmışdı. İsveç Sahil Mühafizəsi və Danimarka və Böyük Britaniyadan olan iki NATO gəmisi tezliklə onun qarşısını kəsdi.

2025-ci ilin yanvarında Böyük Britaniyanın La-Manş boğazında Rusiyanın kəşfiyyat gəmisini gördüyünü də xəbər vermişdik.

Əziz MUSTAFA