DÇ-2026: Azərbaycan Ukraynaya uduzdu

DÇ-2026: Azərbaycan Ukraynaya uduzdu

10:40
Bəyəndim (1) Bəyənmədim (0)

Futbol üzrə Azərbaycan milli komandası 2026-cı il dünya çempionatının seçmə mərhələsində D qrupunun 4-cü turu çərçivəsində Ukrayna yığması ilə oyun keçirib.
Oyunda Ukrayna 2:1 hesabı ilə qalib gəlib. Qarşılaşma Polşanın Krakov şəhərindəki "Yozef Piłsudski" stadionunda baş tutub.
Oyunu baş hakim Sebastyan Qishamerin rəhbərlik etdiyi Avstriyalı hakimlər briqadası idarə edib.
30-cu dəqiqədə Aleksey Qutsulyak Ukraynanı önə keçirib, 45+3-cü dəqiqədə Vitali Mykolenko avtoqolla hesabı bərabərləşdirib, 64-cü dəqiqədə isə Ruslan Malinovski qələbə qolunu vurub.
Qrupumuzda keçirilən paralel görüşdə İslandiya və Fransa milliləri 2:2 hesabı ilə bərabərə qalıb.
“Milli” bundan əvvəl öz qrupunda İslandiya (0:5), Ukrayna (1:1) və Fransa (0:3) ilə oynayıb.
Hazırda Fransa on xalla D qrupuna başçılıq edir, Ukrayna yeddi xalla ikinci, Azərbaycan isə bir xalla dördüncü pillədə qərarlaşıb.
Azərbaycan növbəti mərhələdə, noyabrın 13-də Bakıda İslandiyanı qəbul edəcək.
Beləliklə, futbol üzrə Azərbaycan milli komandası 2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrda keçirdiyi görüşləri Ukraynaya məğlubiyyətlə başa vurub. Krakovda baş tutan görüşdə hər iki komandanın real şansları olduğu, 2-1 hesablı rəqiblərimizin xeyrinə başa çatan görüş də buna sübutdur. Bununla belə, Ayxan Abbasovun komandasının çıxışı da xoş təəssürat yaradıb, onların gələcək inkişaf perspektivlərini formalaşdırıb.
Qarşılaşma komandanın böyük potensialını, ruhu və istəyini nümayiş etdirdi. Və bütün bu elementlər bir araya gəldikdə, gələcək üçün planlar hazırlana bilər. Komandanın çıxışına və matçlarına maraq mütləq artır, ona görə də noyabrın son seçmə oyunları böyük maraqla gözlənilir.
Almaz Həsənli