Dağıstanda Milli Qvardiyanın zabitlərini daşıyan yük maşını aşıb

Dağıstanda Milli Qvardiyanın zabitlərini daşıyan yük maşını aşıb

10:33
Bəyəndim (1) Bəyənmədim (0)

Dağıstanda Milli Qvardiyanın zabitlərini daşıyan yük maşını qəzaya uğrayıb. Bir neçə əsgər həlak olub, digərləri isə yaralanıb.

Bu barədə Telegram 112 kanalı məlumat yayıb. Qeyri-rəsmi məlumatlara görə, yük maşını Dağıstanın Untsukulski rayonunda aşıb. Hazırda Milli Qvardiyanın iki zabiti hadisə yerində ölüb, daha 11 nəfər isə xəstəxanaya yerləşdirilib. Hadisə yerində tibb işçiləri və digər təcili xidmətlər işləyir.

Rusiya hüquq-mühafizə orqanları qəzanın səbəbini müəyyən etməyə çalışır.

Xatırladaq ki, ötən il Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi iki rusiyalı arasında dinlənilmiş söhbəti yayıb.

Təcili yardım işçisi və yerli sakin rus əsgərinin ölümü ilə bağlı hadisənin təfərrüatlarını paylaşıb.

Əziz Mustafa