
ABŞ Tramp və Si Cinpin arasında Cənubi Koreyada görüş keçirəcəyini açıqlayıb
Cənubi Koreyada keçiriləcək sammit çərçivəsində ABŞ prezidenti Donald Tramp və Çin sədri Si Cinpin arasında görüş baş tutacaq. Bu barədə ABŞ-ın Ticarət Nümayəndəsi Jamison Greer CNBC telekanalında məlumat verib.
Onun sözlərinə görə, liderlər arasında görüşün vaxtı artıq razılaşdırılıb. Diplomat əmindir ki, hər iki tərəf mübahisəli məsələləri, o cümlədən Pekinin yeni ixrac nəzarətini tətbiq etmək qərarı ilə bağlı məsələləri həll edə biləcək. Greer qeyd edir ki, Çin ABŞ-la ticarət əlaqələrində fərqli yol tapmalı olduğunu anlamağa başlayıb. O, hər iki tərəfin təsir rıçaqlarının olduğuna əmindir, lakin ABŞ-ın ixraca nəzarəti tətbiq etmək niyyəti yoxdur.
"Bizim məqsədimiz bu deyil. Biz yaxşı münasibətlər istəyirik və bunun üçün Çin öz yanaşmasını dəyişməlidir", - Greer əlavə edib.
Əziz Mustafa