
Bu gün Azərbaycan şahmat üzrə Aropa Çempionu ola bilər
Bu gün Batumidə şahmat üzrə komandalararası Avropa çempionatına yekun vurulacaq.
Final raunduna qədər Ukrayna və Azərbaycanın hər birinin 13 xalı var. Hər şey Azərbaycanın Serbiya, Ukraynanın isə isə İngiltərə ilə oynayacaqları son oyundan asılı olacaq..
Serbiya və İngiltərənin hər birinin 11 xalı olması və hələ də medallar uğrunda mübarizə aparması intriqaya əlavə olaraq, doqquzuncu raundda sona kimi mübarizə aparacaqlarını göstərir
Teymur Rəcəbovun kapitanı olduğu Azərbaycan bu çempionatda Slovakiya (3:1), Polşa (2,5:1,5), Ermənistan (2,5:1,5), Macarıstan (3:1) və Ukraynanı (2,5:1,5) məğlub edib. Onlar həmçinin Çexiya, Hollandiya və Yunanıstanla heç-heçə edib.
Azərbaycan millisi bundan əvvəl üç dəfə: 2009, 2013 və 2017-ci illərdə Avropa çempionatının qalibi olub.Ukraynanın kişilərdən ibarət komandası isə cəmi bir dəfə, 2021-ci ildə Avropa çempionatının qalibi olub.
Qadınlardan ibarət Azərbaycan yığmasının aktivində 10 xal var və 6-cı pillədə qərarlaşıb. Bu gün komandamız lider Polşa ilə qarşılaşacaq. Azərbaycanın qadın şahmatçıları artıq medal qazanmaq şanslarını itiriblər.
Oxuməni.az