Sputnik Azərbaycan-ın icraçı direktoru Azərbaycanı tərk edib

Sputnik Azərbaycan-ın icraçı direktoru Azərbaycanı tərk edib

07:55
Bəyəndim (1) Bəyənmədim (0)

Sputnik Azərbaycan-ın icraçı direktoru İqor Kartavıx Bakıda həbsdən azad edilib və Rusiyaya gedib. Bu barədə “İnterfaks” Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovaya istinadən məlumat yayıb.

"Kartavıx azad edilib və Rusiyaya uçub", - diplomat bildirib.

Sputnik Azərbaycan-ın jurnalistləri iyunun 30-da Bakıda saxlanılıb, iyulun 1-də Kartavıx və baş redaktor Yevgeni Belousov barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Bundan əlavə, iyulun 1-də Bakıda İrandan narkotik alveri, qanunsuz maddələrin onlayn ticarəti və kiber fırıldaqçılıqda ittiham olunan daha 8 Rusiya vətəndaşı saxlanılaraq həbs edilib.

Oktyabrın 9-da Rusiya prezidenti Vladimir Putin Moskva ilə Bakı arasında gərginliyin artmasından sonra ilk dəfə Tacikistanın paytaxtında hökumət iqamətgahında azərbaycanlı həmkarı İlham Əliyevlə görüşüb. O, dekabrda baş vermiş təyyarə qəzasının təfərrüatlarını təqdim edib və bunun Ukraynaya məxsus pilotsuz uçan aparat və Rusiyanın hava hücumundan müdafiə sistemindəki texniki nasazlığın səbəb olduğunu vurğulayıb. Rusiya lideri əmin edib ki, Moskva həlak olanların və yaralananların ailələrinə təzminat ödəyəcək. Əliyev rusiyalı həmkarına məlumat üçün təşəkkür edib.

Əziz MUSTAFA