
Der Spiegel: Almaniya ABŞ-dan daha 15 F-35 qırıcısı alacaq
Der Spiegel sənədlərə istinadən yazır ki, Almaniya təxminən 2,5 milyard avroya ABŞ-dan əlavə 15 F-35 qırıcısı almağı planlaşdırır.
Bundesver artıq bu modelin 35 təyyarəsini idarə edir, lakin bildirilir ki, Berlin NATO-nun üzv ölkələrin hava qüvvələri üçün yeni tələblərinə cavab vermək üçün donanmasını genişləndirməlidir.
Oktyabrın 8-də Bundestaqın Büdcə Komitəsi Müdafiə Nazirliyinin dəyəri 7 milyard avrodan çox olan bir neçə satınalma layihəsini təsdiqləyib. Konkret olaraq 3,75 milyard avro dəyərində Eurofighter döyüş təyyarələrinin alınması müzakirə olunub. Təslimatlar 2031-2034-cü illər arasında gözlənilir. Alınan döyüş təyyarələrinin sayı dəqiqləşdirilməyib, lakin Der Spiegel 20 təyyarənin alınacağını bildirib.
Əziz MUSTAFA
Digər xəbərlər