ABŞ Çinə təyyarə hissələri tədarükünü dayandıra bilər

ABŞ Çinə təyyarə hissələri tədarükünü dayandıra bilər

10:43
Bəyəndim (1) Bəyənmədim (0)

ABŞ iki ölkə arasında ticarət münaqişəsi fonunda Çinə təyyarə hissələri tədarükünü dayandıra bilər. Oxuməni.az “RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp bildirib.

Ağ Evin məlumatına görə, Pekin nadir torpaq elementləri ilə bağlı Vaşinqtonu hədələyib. Tramp həmçinin Çini tariflərlə hədələyib.

"Lakin mən təyyarələr kimi bir çox başqa şeyləri də təhdid edə bilərdim. Təyyarələr haqqında bilirsiniz, çünki onlar öz təyyarələri üçün hissələri tapıb ala bilmirlər", - Amerika lideri bildirib.

O əlavə edib ki, ABŞ onları Çin üçün qurur və "əla iş görür". Tramp qeyd edib ki, bu, ilk növbədə Boeing təyyarələrinə aiddir və Birləşmiş Ştatlar hissələrin tədarükünü dayandıra bilər.

Bundan əlavə, Ağ Ev Vaşinqton və Pekin arasında ədalətli ticarət razılaşmasına ümid etdiyini bildirib. O, belə bir razılaşmanın hər iki ölkə üçün faydalı ola biləcəyini deyib.

Oktyabrın 11-də Tramp mövcud tariflərə əlavə olaraq, noyabrın 1-dən etibarən Çindən gələn bütün mallara 100% rüsum tətbiq edəcəyini açıqlayıb. Amerika lideri həmçinin “kritik proqram təminatı” üzrə ixrac nəzarətinin tətbiq olunduğunu açıqlayıb. Bu tədbirlər Çinin “son dərəcə aqressiv ticarət mövqeyinə” cavab olaraq təqdim edilib.

Almaz Həsənli