
Floridada sui-qəsd cəhdi təhlükəsi səbəbindən Trampın təhlükəsizliyi gücləndirib
ABŞ prezidenti Donald Trampın təyyarəsinin yola düşməsi öncəsi Florida ştatının Palm Beach hava limanında təhlükəsizlik tədbirləri gücləndirilib. Bu barədə Komsomlskaya pravda məlumat yayıb.
Buna səbəb prezident təyyarəsinin eniş zonasına baxan uçuş-enmə zolağının yaxınlığında snayper qülləsinin aşkarlanması ilə əlaqədar olub.
Donald Tramp təhlükəsizlik baxımından kiçik pilləkənlərlə təyyarəyə minib və hava limanında jurnalistlərlə danışmayıb. O, Palm Beachdən Nyu Yorka yola düşüb.
Bundan əvvəl ABŞ Məxfi Xidmətinin agentləri hava limanının yaxınlığında şübhəli qüllə görüblər. O, onlara Air Force One üçün eniş zonasını müşahidə etməyə imkan verən bir mövqedə yerləşirdi. Kəşf prezidentin West Palm Beach-ə qayıtmasından bir qədər əvvəl edilib. Qüllənin aşkarlanmasından sonra FTB dərhal araşdırmaya başlayıb, lakin detallar açıqlanmayıb.
Əziz MUSTAFA