
Şimali Koreya şərqə bir neçə ballistik raket atıb
Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri çərşənbə günü verdiyi açıqlamada Şimali Koreyanın şimal-şərqə bir neçə ballistik raket atdığını bildirib. Bu barədə Oxuməni.az “Deutsche Welle”yə istinadla xəbər verir.
Seul bildirib ki, o, "qısa mənzilli ballistik raketlər olduğundan şübhələnən bir neçə mərmi aşkarlayıb". Bu, Cənubi Koreyanın yeni prezidenti Li Çje Menin iyun ayında vəzifəyə başlamasından sonra ilk belə buraxılış idi. Şimali Koreyanın əvvəlki ballistik raket buraxılışı may ayında baş tutub.
“AFP” xəbər verir ki, Yaponiyanın yeni baş naziri Sanae Takaiti öz növbəsində Pxenyanın raket buraxılışlarının ölkəsinin təhlükəsizliyinə təsir etmədiyini və Tokionun real vaxt rejimində ABŞ ilə məlumat paylaşdığını bildirib.
Cənubi Koreya və ABŞ prezidentlərinin gələn həftə Seulda Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitində görüşməsi planlaşdırılır. ABŞ prezidenti Donald Trampın Çin sədri Si Cinpinlə də görüşü gözlənilir.
Almaz Həsənli