İrlandiyada miqrant qıza təcavüz etdikdən sonra etirazlar iğtişaşlara çevrilib

İrlandiyada miqrant qıza təcavüz etdikdən sonra etirazlar iğtişaşlara çevrilib

12:18
Bəyəndim (1) Bəyənmədim (0)


Dublində polis təxminən 2000 nəfərin iştirak etdiyi etiraz aksiyasının altı iştirakçısını həbs edib. 26 yaşlı miqrantın 10 yaşlı qızı zorlamaqda ittiham olunduğu xəbəri yayıldıqdan sonra insanlar İrlandiya paytaxtının küçələrinə axışıb. “The Guardian” yazır ki, polis miqrantların qaldığı otelin yaxınlığında “yüzlərlə insanı dağıtmağa” məcbur olub.

Qəzetin yazdığına görə, “camaat bir polis avtomobilini yandırıb” və zabitlərə kərpic və butulkalar, həmçinin atəşfəşanlıq atılıb. Ən fəal etirazçılar həbs edilib.

İrlandiyanın ədliyyə naziri Jim O'Callaghan "zorakı iğtişaşları" pisləyib, bunu qəbuledilməz adlandırıb və dinc etirazlara çağırıb. Bu arada, İrlandiyanın Baş naziri Micheal Martin, "bir çox insanın hücumla bağlı narahatlığını" etiraf edərək, dövlətin "bu uşağı qorumaq vəzifəsini yerinə yetirmədiyini" qeyd etdi.

Əziz MUSTAFA