Belarus prezidentliyinə keçmiş namizədin oğlu Ukraynada cəbhədə öldürülüb

Belarus prezidentliyinə keçmiş namizədin oğlu Ukraynada cəbhədə öldürülüb

10:33
Bəyəndim (3) Bəyənmədim (0)

Ukrayna hərbçiləri Rusiya tərəfində döyüşən Belarus prezidentliyinə keçmiş namizəd İvan Usun oğlunu cəbhədə öldürüblər. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Birləşmiş Qüvvələr Komandanlığı məlumat yayıb.

"2010-cu illərin ortalarında belaruslu İvan Us "VKontakte" sosial şəbəkəsində rusiyayönlü "Antimaydan Minsk" təşkilatının administratoru olub. Elə həmin il onun atası Dmitri Belarus prezidentliyinə namizədliyini irəli sürüb və cüzi 0,4% səs toplayıb", - məlumatda deyilir.

Qeyd olunur ki, 2025-ci ilin yanvarında İvan Rusiya ordusu ilə müqavilə bağlayıb və Rusiya uğrunda döyüşmək üçün Ukrayna cəbhəsinə gedib. Lakin cəmi iki ay sonra Belarus prezidentliyinə keçmiş namizədin oğlu itkin düşüb.

“2025-ci ilin oktyabrında Rusiya tərəfinə təhvil verilən cəsədlərin qalıqlarından birinin Ukraynaya şiddətlə nifrət edən İvan Us olduğu müəyyən edilib”, - deyə Ukrayna hərbçiləri əlavə ediblər.
Əziz MUSTAFA