
İslandiyada tarixində ilk dəfə ağcaqanadlar peyda olub
İslandiya Universitetinin su biologiyası professoru Gisli Mar Gislason İslandiyanın “RUV” telekanalına bildirib ki, üç gün ərzində İslandiyada üç ağcaqanad aşkar edilib.
Alimin sözlərinə görə, hazırda İslandiyada üçdən çox ağcaqanad var. O, ağcaqanadların zirzəmilərdə, çardaqlarda və ya temperaturun sıfırın üstündə qaldığı istənilən tikilidə gizlənərək qışı keçirə biləcəyi ehtimalını irəli sürdü.
“The Guardian” yazır ki, “Culiseta annulata” növündən üç ağcaqanad tapılıb: iki dişi və bir erkək.
İslandiya Antarktida ilə birlikdə dünyanın bir neçə ağcaqanadsız yerlərindən biri hesab olunurdu.
“The Guardian” qeyd edir ki, İslandiya Şimal yarımkürəsinin qalan hissəsindən dörd dəfə daha sürətlə istiləşir. İqlim böhranı ilə əlaqədar olaraq buzlaqlar parçalanır və ölkənin sularında makrel kimi isti cənub iqlimlərindən olan balıqlar peyda olub.
Almaz Həsənli