ABŞ prezidenti rusiyalı həmkarı ilə Budapeştdə keçirəcəyi görüşdən imtina edib

ABŞ prezidenti rusiyalı həmkarı ilə Budapeştdə keçirəcəyi görüşdən imtina edib

08:16
Bəyəndim (3) Bəyənmədim (0)

ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə Budapeştdə planlaşdırılan görüşü ləğv etdiyini bildirib. O buna səbəb kimi Putinlə görşüdə istədikləri məqsədə çata bilməyəcəklərini göstərib. Bu barədə RİA Novosti-nin yaydığı məlumatda deyilir.

Tramp jurnalistlərə deyib: "Prezident Putinlə görüşü ləğv etdik. Yanlış hiss olunurdu. Hiss edirdim ki, istədiyimiz məqsədə çatmayacağıq".

Eyni zamanda ABŞ prezidenti əlavə edib ki, gələcəkdə rusiyalı həmkarı ilə görüşməyi planlaşdırır. O, həmçinin Ukraynadakı münaqişənin həllinə sadiq qaldığını bəyan edib və “Lukoyl” və “Rosneft”ə qarşı yeni sanksiyaların uzun müddət qüvvədə qalmayacağına ümid etdiyini bildirib.

“Bu onların iki ən böyük neft şirkətinə qarşı heyrətləndirici sanksiyalardır... Ümid edirik ki, onlar uzun müddət qüvvədə qalmayacaq”.

Ötən həftə Rusiya və ABŞ liderləri ilin əvvəlindən bəri səkkizinci telefon danışığını keçiriblər. İki saatlıq söhbətdən sonra Rusiya prezidenti Vladimir Putinin köməkçisi Yuri Uşakov bəyan edib ki, Moskva və Vaşinqton dərhal iki lider arasında Budapeştdə baş tuta biləcək yeni görüş üçün hazırlıqlara başlayacaq. Uşakovun sözlərinə görə, Amerika lideri danışıqlar üçün məkan kimi Macarıstan paytaxtını təklif edib və Rusiya prezidenti bu ideyanı dəstəkləyib.

Əziz MUSTAFA