
Rusiya və Ukrayna həlak olan hərbçilərin cəsədlərini dəyişdiriblər
Rusiya və Ukrayna həlak olan hərbçilərin cəsədlərini dəyişdiriblər. Ukraynanın Hərbi əsirlərlə bağlı Koordinasiya Qərargahının Teleqran kanalında verilən məlumata görə, “Rusiya tərəfinin məlumatına görə, Ukrayna hərbçilərinə məxsus olan 1000 cəsəd Ukraynaya qaytarılıb”. Meyitlərin şəxsiyyətinin müəyyən edilməsi proseduru aparılacaq.
Mübadilə işlərini koordinasiya edən Dövlət Dumasının deputatı Şəmsail Saraliyevin sözlərinə görə, 31 cəsəd Rusiya tərəfinə təhvil verilib.
Mübadilə Beynəlxalq Qızıl Xaç Cəmiyyətinin vasitəçiliyi ilə həyata keçirilib.
Bundan əvvəlki analoji mübadilə sentyabrın 18-də baş tutub. Daha sonra 1000 cəsəd Ukraynaya qaytarılıb, Ukrayna isə 24 hərbçinin qalıqlarını Rusiyaya təhvil verib.
İki ölkənin nümayəndələri may və iyun aylarında İstanbulda keçirilən danışıqlar zamanı mübadilə haqqında razılığa gəliblər. Rusiya 9 mindən çox cəsədi Ukraynaya, Ukrayna isə təxminən 200 cəsədi Rusiyaya təhvil verib. Bu nisbət onunla izah oluna bilər ki, rus qoşunları cəbhənin bir çox bölgələrində irəliləyir və ölən ukraynalı əsgərlərin cəsədləri rus qoşunlarının işğal etdiyi ərazilərdə daha çox qala bilər, nəinki əksinə.
Almaz Həsənli