Gürcüstanın keçmiş Baş nazirinə qarşı ittiham irəli sürülüb

Gürcüstanın keçmiş Baş nazirinə qarşı ittiham irəli sürülüb

12:08
Bəyəndim (1) Bəyənmədim (0)


Gürcüstan Prokurorluğu keçmiş Gürcüstanın Baş naziri İrakli Qaribaşviliyə qarşı ittiham irəli sürüb və bir milyon lari girov tələb edir.
Oxuməni.az-ın məlumatına görə, bu barədə Gürcüstanın baş prokuroru Giorgi Qvarakidze keçirdiyi brifinqdə bildirib.
İş xüsusilə böyük miqyasda çirkli pulların yuyulması ilə bağlıdır.
Xatırladaq ki, 17 oktyabrda İrakli Qaribaşvili, Qriqol Liluaşvili, Otar Partsxaladze və onlarla əlaqəli şəxslərin evlərində axtarışlar aparılıb. Prokurorluğun məlumatına görə, müxtəlif elektron cihazlar, sənədlər və külli miqdarda nağd pul müsadirə edilib.
22 oktyabrda keçirilən brifinqdə Dövlət Təhlükəsizlik Xidməti (DTX) keçmiş Baş nazir İrakli Qaribaşvilinin Korrupsiyaya Qarşı Mübarizə Agentliyi tərəfindən dindirildiyini açıqlayıb. O, istintaqla tam əməkdaşlıq edib və bir neçə il ərzində qanunsuz gəlir əldə etdiyini etiraf edib.
Xatırladaq ki, İrakli Qaribaşvili ilk dəfə 2013-cü ildən 2015-ci ilə qədər Baş nazir vəzifəsində çalışıb. O, 30 dekabr 2015-ci ildə istefa verib və 2019-cu ildə müdafiə naziri kimi hökumətə qayıdıb. İki il sonra, 2021-ci ilin fevral ayında Gürcüstan Parlamenti onu Baş nazir vəzifəsinə təsdiqləyib. Qaribaşvili bu vəzifədən 29 yanvar 2024-cü ildə istefa verib.
Almaz Həsənli