Livan ABŞ və Fransadan İsrailin öz ərazisinə hücumlarını dayandırmağı tələb edib
Livan hökuməti 2024-cü il noyabrın 27-də imzalanmış atəşkəs sazişinin təminatçısı kimi ABŞ və Fransadan İsrailə qarşı təzyiqləri dayandırmağı tələb edib. İnformasiya naziri Pol Morkos Nazirlər Kabinetinin iclasından sonra keçirilən mətbuat konfransında jurnalistlərə bildirib.
"Livan Vaşinqton və Parisdən müdaxilə etməyi və atəşkəsi pozmağa davam edən İsrail hücumlarını dayandırmağı tələb edib", - Morkos bildirib.
Bundan əvvəl İsrail Hərbi Hava Qüvvələri Livanın şərqində şiə təşkilatı “Hizbullah”ın hərbi obyektlərinə silsilə zərbələr endirib, ən azı 5 nəfər həlak olub.
Suriya sərhədinə yaxın dağlıq ərazidə şiə döyüşçüləri üçün təlim bazaları, eləcə də dəqiq raket istehsalı müəssisələri və anbar yerləri intensiv bombardmanlara məruz qalıb.
Əziz MUSTAFA
















































































