Ağ Ev: Tramp oktyabrın 30-da Si Cinpinlə görüşəcək
Ağ Evin mətbuat katibi Caroline Levitt brifinqdə bildirib ki, ABŞ prezidenti Donald Tramp oktyabrın 30-da Çin prezidenti Si Cinpinlə görüşəcək. Görüş Amerika liderinin Malayziya səfəri ilə başlayan Asiya turnesinin son günündə baş tutacaq.
Donald Tramp Malayziya, Yaponiya və Koreya Respublikasına səfər etməyi planlaşdırır. Karolin Levit təsdiqləyib ki, Asiya turnesi zamanı Amerika lideri Yaponiyanın yeni baş naziri Sanae Takaiçi ilə görüşəcək.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp Çin prezidenti Si Tsinpinlə görüşü zamanı nüvə silahlarının azaldılması da daxil olmaqla, bütün ikitərəfli məsələlərdə razılığa gələcəyini gözlədiyini bildirib. Amerika lideri qeyd edib ki, Si Cinpin Ukrayna sülh prosesinə təsir edə bilər.
Oktyabrın əvvəlində Donald Tramp bildirib ki, ABŞ noyabrın 1-dən Çin mallarına 100% əlavə rüsumlar tətbiq edəcək. Ümumi tariflər 157%-ə çatacaq. Kriptovalyuta bazarı artan ABŞ-Çin ticarət müharibəsinə reaksiya verdi: bir gecədə Binance-də Bitcoin qiyməti 105.000 dollardan aşağı düşdü. Bloomberg, elanın fond və neft bazarlarına da təsir etdiyini bildirdi.
Əziz MUSTAFA
















































































